Bərdədə silsilə oğurluq edən şəxslər saxlanılıb 

16:20 07.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayon ərazisindəki 4 evdən evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə,
DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və və Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 11-dən avqustun 5-dək olan müddətdə rayon ərazisindəki 4 evdən pul, qızıl əşyalar, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Şahbazov və əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıblar.